Gənc jurnalist koronavirusdan vəfat etdi

ÖLKƏ
14:55
28 Avqust 2021
1758

Azərbaycanda jurnalist koronavirusdan vəfat edib.

Sabah.az xəbər verir ki, bir müddət öncə “COVID-19” virusuna yoluxan 32 yaşlı Oğuz Altay bu gün dünyasını dəyişib.

Bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Qeyd edək ki, O. Altay 10 gün öncə sosial şəbəkə hesabında koronavirusla bağlı paylaşım edərək insanları ehtiyatlı olmağa çağırıb:

“Dostlar, diqqətli olun. Rayonlarda insanlar kütləvi halda yenidən koronavirusa yoluxub”.

O.Altay azvision.az və femida.az saytlarının əməkdaşı olub.

Xəbər lenti