Azərbaycan artilleriyaçıları Qazaxıstanda 3-cü yeri tutdu - Video

XƏBƏR
12:36
28 Avqust 2021
1053

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Sabah.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, komandamızın ikinci heyəti də fərdi mərhələdə uğurla çıxış edib.

Təyin olunmuş hədəfləri sərrast atəşlə məhv edən artilleriyaçılarımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.

Birinci və ikinci yerləri isə müvafiq olaraq Rusiya və Qazaxıstandan olan artilleriyaçılar qazanıblar.

Xəbər lenti