Evdən çıxan COVID-19 xəstələri barədə cinayət işi başlandı

XƏBƏR
11:08
28 Avqust 2021
1023

Suraxanı rayonunda yaşayış yerini bilərəkdən tərk edən 2 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlarla izahedici söhbətlər aparılıb və həmin şəxslər yaşadıqları evə qaytarılıblar.

Həmin şəxslər - Zığ qəsəbəsində yaşayan E.Mehtiyev və Suraxanı qəsəbəsində yaşayan B.Bayramovun barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bir daha aktiv koronavirus xəstəliyinin daşıyıcıları olan və evdə özünütəcrid qaydaları çərçivəsində müalicəyə cəlb olunan vətəndaşların nəzərinə çatdırılır ki, onların mənzillərini tərk etməsi yolverilməzdir.

Xəbər lenti