Qızılağacda yanğın başladı
Qızılağac Milli Parkının Balıqçılar qəsəbəsi ərazisində yanğın başlayıb.
Sabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda yanğının söndürülməsi istiqamətində iş gedir:
“Hazırda bütün qüvvələrimiz və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.
Daha çox