Eldar Həsənovun məhkəməsi təxirə düşdü

XƏBƏR
12:10
27 Avqust 2021
985

Azərbaycanın keçmiş baş prokuroru və sabiq səfir Eldar Həsənovun bu gün keçirilməli olan məhkəmə prosesinin hazırlıq iclası təxirə salınıb.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrlik edir.

Bildirilib ki, məhkəmə hazırlıq iclasının vaxtı barədə bildiriş E.Həsənova gec çatdığı üçün proses təxirə salınıb. İclas sentyabrın 3-nə təyin olunub.

Eldar Həsənov səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 18 milyon manata yaxın pulu mənimsəməkdə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 12 milyon manata yaxın pulu leqallaşdırmaqda, dövlət büdcəsinə 330 min manata yaxın zərər vurmaqda və 200 min manata yaxın pulu təyinatı üzrə istifadə etməməkdə ittiham edilir.

Xəbər lenti