Azərbaycan üçüncü qızıl medalı qazandı - Yenilənib

İDMAN
12:25
27 Avqust 2021
1571

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

Sabah.az xəbər verir ki, paracüdoçumuz Şahanə Hacıyeva oyunlarda final görüşünə çıxıb.

Çempionluq döyüşündə fransalı Sandrin Martinlə qarşılaşan həmyerlimiz qələbə qazanıb.

48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız paralimpiya çempionu olub.

Bununla da Azərbaycan millisinin paralimpiadada ilk qızıl medalı rəsmiləşib.

***

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medalını qazanıb.

Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh (S12) -100 m arxasıüstə kateqoriyasında qızıl medal qazanıb.

***

Kişilər arasında 60 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz finaldakı Vüqar Şirinli rəqibi Anuar Sarıyevi məğlub edərək bu oyunların növbəti qızıl medalını qazanıb.

Xəbər lenti