“Qarabağ” qayıtdı - Fotolar

İDMAN
11:30
27 Avqust 2021
1482

Dünən Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində baş tutan matçda “Aberdin”ə (Şotlandiya) qalib gələn “Qarabağ” Azərbaycana qayıdıb. 

Sabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qurban Qurbanovun komandasını Heydər Əliyev adına Hava Limanında “Qarabağ” azarkeşləri qarşılayıb.

Qeyd edək ki, "Qarabağ" "Aberdin"i 3:1 hesabı ilə məğlub edərək Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bununla da, klub Çempionlar Liqası, Avropa Liqasının ardınca Konfrans Liqasına da vəsiqə qazanan yeganə klub olub. Ağdamlılar ardıcıl 8-ci ildir avrokubokların qrupunda çıxış edəcək.

Xəbər lenti