“Taliban” Türkiyədən texniki dəstək istəyib

XƏBƏR
17:22
26 Avqust 2021
1010

“Taliban” hərəkatı Kabil hava limanının idarə olunması üçün Türkiyədən kömək istəyib.

Sabah.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə iki türk rəsmisi bildirib.

Məlumata əsasən, “Taliban” hərəkatı xarici ölkələrin hərbçilərinin ölkəni tərk etməsindən sonra paytaxtın yeganə hava limanının idarə olunması üçün Türkiyədən texniki dəstək istəyib.

Türk rəsmilərin məlumatına görə, Türkiyə bununla bağlı son qərarını avqustun 31-nə kimi verəcək.

Qeyd olunub ki, Türkiyə hərbçiləri olmadan işçilərin təhlükəsizliyini təmin etmək riskli məsələdir.

Xəbər lenti