Yas məclisində karantin qaydaları pozuldu
10:51
26 Avqust 2021
989Saatlıda karantin qaydalarının pozulduğu yas məclisi aşkar edilib.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd kənd sakini Vasif Seyfullayevin fərdi yaşayış evinin həyətində yas mərasimi aşkar edilib.
Qayda pozuntularına yol vermiş ev sahibi ilə izahedici söhbətlər aparılıb və həmin şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.
Daha çox