Həyətində 77 kiloqramdan çox çətənə yetişdirib - Fotolar

XƏBƏR
15:22
25 Avqust 2021
874

Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində rayonun Qarayazı kənd sakini Xanlar Həsənov saxlanılıb.

Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman yarım tikilinin içərisində aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 77 kiloqramdan artıq olan 33 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Araşdırma zamanı X.Həsənovun narkotik tərkibli bitkiləri həm şəxsi istifadəsi, həm də satış məqsədilə mart ayında becərdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti