Nazir müavini işdən çıxarıldı

XƏBƏR
16:49
12 Mart 2020
133

İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilmişdi. O, bu təyinata qədər Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.

Xəbər lenti