Rayonlarda da mülki geyimdə polislər yoxlamalara başladı - Fotolar

XƏBƏR
17:52
24 Avqust 2021
499

Masallıda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Sabah.az xəbər verir ki, DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu məqsədlə ictimai nəqliyyatda və qapalı məkanlarda keçirilən reydlərdə artıq mülki geyimdə olan polis əməkdaşları da iştirak edir.

Tədbirlər zamanı istər ictimai nəqliyyatda, istərsə də yoluxma riskinin çox olduğu market və mağzalarda karantin rejim qaydalarından irəli gələn tələbləri pozan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür, tibbi maskadan istifadənin zəruriliyi ilə bağlı tövsiyələr verilir.

Xəbər lenti