Bakıdakı yanğına görə sıxlıq yarandı - Foto

ÖLKƏ
15:01
24 Avqust 2021
760

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın başlayıb. Bununla əlaqədar həmin istiqamətdə maşınların sıxlığı müşahidə edilir.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Hazırda Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb.

Xəbər lenti