Bakının bu hissələrində sıxlıqdır

XƏBƏR
09:21
24 Avqust 2021
928

Bakı Nəqliyyat Agentliyi yollarda bu saata olan vəziyyəti açıqlayıb.

Sabah.az xəbər verir ki, hazırda Bakı – Sumqayıt şossesi (Xırdalan dairəsi istiqamətindən başlayaraq, “Avtovağzal” metro stansiyasının yaxınlığına qədər, “20 Yanvar dairəsi”) istiqamətində sıxlıq müşahidə olunur.

Binəqədi şossesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər) şəhər istiqamətində sıxlıq var. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur.

Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə, “20 Yanvar dairəsi” istiqaməti) üzrə sıxlıq müşahidə olunur. Səbəbi yol–nəqliyyat vasitələrinin çoxluğudur.

Tbilisi prospekti – əsas yol - “20 Yanvar dairəsi”ndən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər şəhər istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər lenti