“Real”ın oyunçuları karantinə alındı

İDMAN
15:29
12 Mart 2020
57

“Real” İdman Klubu karantin elan edib.

Sabah.az xəbər verir ki, buna klubun basketbol komandasının bir üzvündə koronavirusun aşkarlanması səbəb olub. Karantin basketbol və futbol komandalarını əhatə edir.

“Real”ın futbol və basketbol komandaları ənənəvi olaraq eyni yerdə - Valdebebas İdman Mərkəzində məşq edirlər. Ona görə də məhdudiyyət hər iki idman növünün təmsilçilərinə tətbiq olunub.

Futbol komandasının bu səhərki məşqi təxirə salınaraq mərkəz boşaldılıb.

Hər iki komanda yaxın günlərdə baş tutacaq oyunlara qatılmayacaq.

Xəbər lenti