Operativ Qərargahın brifinqindən sonra neçə nəfər peyvənd olunub?

GÜNDƏM
17:55
21 Avqust 2021
1320

Azərbaycanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 64 min 714 doza vaksin vurulub.

Sabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 50 min 291, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 14 min 423 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 milyon 110 min 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon 667 min 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 442 min 691 təşkil edir.

Xəbər lenti