Lerikdəki yanğın söndürüldü
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lerik rayonu, Haftonu kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Sabah.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
İlkin məlumata əsasən, dağlıq ərazidə 1 ha sahədə quru ot, kol-kos və ağac kötükləri yanır.
Əlavə məlumat veriləcək.
***
Lerik rayonu, Haftonu kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.
FHN-in yaydığı məlumatda bildirilib ki, yanğın zamanı bir hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.
Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.
Daha çox