İçərişəhərdə Novruz şənlikləri ləğv olundu

ÖLKƏ
14:14
12 Mart 2020
46

İçərişəhərdə keçirilən ənənəvi Novruz tədbirləri ləğv edilib.

Sabah.az xəbər verir ki, bu barədə “İçərişəhər” DTMQİ mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkədə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilib.

Xəbər lenti