Azərbaycan sülhməramlıları əfqan uşaqlara kömək edir - Video

HADİSƏ
12:50
21 Avqust 2021
2149

Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlıların ölkədən çıxmaq istəyən əfqanlara kömək etməsi barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Sabah.az xəbər verir ki, sözügedən görüntüləri Vaşinqtonun "Heritage Foundation" araşdırma institutunun hərbi eksperti Lyuk Koffi də tvitter hesabında paylaşıb.

Videodan görünür ki, Kabil aeroportundan çıxa bilməyən bir valideyn öz körpəsini xilas etmək üçün sülhməramlılara verir. Həmin əsgərlərdən biri isə azərbaycanca danışır. Hərbi ekspert həmin əsgərlərin Azərbaycandan olduğunu vurğulayıb və onların bu hərəkətini alqışlayıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, hazırda Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Kabil hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

Xəbər lenti