Əvvəl arvadı ilə qayınatasını, sonra özünü öldürdü
Sabirabadda güllələnmə hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, rayon prokurorluğundan verilən məlumata görə, avqustun 20-i saat 23 radələrində Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisində 3 nəfər şəxsin ölməsi barədə prokurorluğa məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Saatlı rayonu, Bəylər kənd sakini 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov 10-15 gün öncə arvadı 1976-cı il təvəllüdlü Ruhiyyə Məhərrəmovanın öz atası evinə getməsinə qəzəblənərək qeyd edilən tarixdə qayınatası 1936-cı il təvəllüdlü Əmirxan Əflatunovun rayonun Əsgərbəyli kəndində yerləşən evinə gələrək sonuncuları qoşalüləli ov tüfəngindən atəş açaraq öldürdükdən sonra həmin tüfənglə ürək nahiyəsinə atəş açaraq özünü öldürüb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Daha çox