Azərbaycanda vaksin yaradılır

ÖLKƏ
11:46
21 Avqust 2021
1970

Azərbaycanda ilk dəfə vaksin yaradılmasına başlanılıb.

Sabah.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı tvitter hesabında yazıb.

O qeyd edib ki, artıq bununla bağlı tədqiqatlara start verilib:

“Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib”.

Xəbər lenti