İTV-nin əməkdaşı 6-cı mərtəbədən yıxıldı - Yenilənib

HADİSƏ
13:59
12 Mart 2020
109

Bakıda İctimai Televiziyanın binasında bədbəxt hadisə baş verib.

Sabah.az Lent.az-a istinadən xəbər verir ki, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb. Rasim adlı əməkdaş 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Bildirilir ki, vəziyyəti ağırdır.

Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki, məlum deyil.

***

İctimai Televiziya və Radio Yayımları Şirkəti yıxılan əməkdaşı ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu gün təxminən saat 12:40-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb:

“Şirkət əməkdaşları dərhal Təcili Tibbi Yardım çağırıb və R.Babayev xəstəxanaya aparılıb. Hazırda həkimlərin nəzarətindədir.

Qeyd edək ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb.

Bununla bağlı müvafiq orqanlara məlumat verilib”.

Xəbər lenti