Marketlərdə vaksin pasportu tələb oluna bilər?

GÜNDƏM
12:10
20 Avqust 2021
969

“Xırdatutumlu ticarət obyektlərində, yəni kiçik marketlərdə hansısa COVİD pasportu tələb olunmur. Yalnız iri ticarət mərkəzlərində bu pasport tələb ediləcək”.

Sabah.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O qeyd edib ki, eyni zamanda, metroda da risk təhlükəsi yoxdur:

“Metroya giriş sərbəstdir. Vaksinasiya ilə bağlı sənəd tələb olunmur”.

Xəbər lenti