Dərslərlə bağlı ilkin qərar açıqlandı

GÜNDƏM
12:02
20 Avqust 2021
1307

“Saxta COVİD pasportu alanlarla bağlı... Hələ də başa düşə bilmirəm ki, bu, necə ola bilər?!”

Sabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün keçirilən brifinqdə bildirib.

“Bizə cavab versinlər ki, nəyə görə peyvəndə inanmırlar? Sadəcə inanmadıqlarını deyirlər. Hamı yorulub, hamı da istəyir ki, mümkün qədər bu məsələdən tez qurtarsın”.

Prezidentin köməkçisi məktəblərlə bağlı məsələsə də toxunub:

“Sentyabrın 15-dən dərslərə başlanılması nəzərdə tutulur. Valideynlərin peyvəndlənməsi ilə bağlı tələb qoyulmayıb. Amma təhsil işçilərinin 80 faizi peyvəndlənməlidir”.

Xəbər lenti