“Yaşlı insanlar 3-cü dozanı vurdura bilərlər”

GÜNDƏM
12:00
20 Avqust 2021
929

“Araşdırmalar onu göstərir ki, vaksin 6 ay qoruya bilir. Bu 6 aydan sonra əlavə bir doza vaksinin vurulması immunitetin zəifləməsinin qarşısını alır”.

Sabah.az xəbər verir ki, bunu TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, “Sinovac” şirkəti bununla bağlı araşdırmalarını açıqlayıb:

"Yaşlı adamlar 6 aydan sonra 3-cü dozanı vurduqda onlarda immunitet artır. Ona görə də biz tövsiyə edirik ki, yaşlı, immunoloji problemləri olan insanlar buster dozanı vurdura bilərlər.

Vaksinasiya mütləqdir. Peyvəndlənmə bəşəriyyəti çox ciddi xəstəliklərdən qoruyub. Profilaktika hər zaman müalicədən daha yaxşıdır”.

Xəbər lenti