Elmira Axundova Ukraynaya səfir təyin edildi

ÖLKƏ
13:41
12 Mart 2020
214

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncama əsasən, Elmira Hüseyn qızı Axundova Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin digər sərəncamı ilə Azər Xudayar oğlu Xuduyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Xəbər lenti