Ağsuda dağlıq ərazidəki yanğın söndürüldü - Yenilənib

ÖLKƏ
20:45
18 Avqust 2021
885

Ağsu rayonu, Hacman kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi baş verib. 

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə müraciət olunub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, dağlıq ərazidə 4 ha sahədə kol-kos və ağaclar yanır.

***

FHN-in məlumatına görə, Ağsu rayonu, Hacman kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Yanğın zamanı 4 ha sahədə kol-kos və ağaclar yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Xəbər lenti