Prezidentdən Aslan Aslanovla bağlı sərəncam

ÖLKƏ
13:04
18 Avqust 2021
1398

Azərbaycan Prezidenti İlham Əliyev Aslan Aslanovu təltif edib.

Sabah.az xəbər verir ki, dövlət başçısının bununla bağlı sərəncamına əsasən, mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aslan Əhməd oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri olan A.Aslanovun bu gün 70 yaşı tamam olur.

Xəbər lenti