21 toya 64 nəfər buraxılmadı

ÖLKƏ
11:50
18 Avqust 2021
1292

Avqustun 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 21 toy şənliyinin monitorinqini həyata keçirib.

Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, monitorinq 18 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 64 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Xəbər lenti