Evdən çıxan koronavirus xəstəsi saxlanıldı

ÖLKƏ
10:40
18 Avqust 2021
850

Zərdabda koronavirus testi müsbət çıxıb və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Nazim Həsənovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin şəxs rayon ərazisində aşkarlanıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar N.Həsənov barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Xəbər lenti