General-leytenant Etibar Mirzəyev Türkiyədən qayıtdı

XƏBƏR
17:55
17 Avqust 2021
586

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hissə-hissə ölkəmizə qayıdır.

Sabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik etmiş fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Azərbaycana qayıdıb.

Qeyd edək ki, qüvvələrin şəxsi heyəti dünən 2 qrupda qardaş ölkədən təyyarə ilə geri dönüb, texnikalar və şəxsi heyətin digər hissəsi isə quru yolla hazırda Azərbaycana doğru hərəkət edir.

Xəbər lenti