Restoranlardan samovar oğurlayan gənclər saxlanıldı

XƏBƏR
14:35
17 Avqust 2021
680

Quba rayon ərazisində ictimai iaşə obyektlərindən, evlərdən, silsilə oğurluqlar etməkdə şübhəli bilinən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi sakinləri Tural Quliyev və Rüfət Sərxanov saxlanılıblar.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, T.Quliyev və R.Sərxanov Quba rayonu ərazisində müxtəlif mağazalardan, kafe-restoranlardan və evlərdən pul, danışıq kartları (kontur), müxtəlif ərzaq məhsulları, samovarlar, siqaret, məişət təmir avadanlıqları və yaddaş kartları oğurlayıblar.

Faktla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

Xəbər lenti