37 yaşlı qadın itkindir

XƏBƏR
13:19
17 Avqust 2021
704

İyulun 20-də Şamaxı şəhər sakini, 1984-cü təvəllüdlü Hacıbabayeva Xalidə Məhəmməd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xalidə Hacıbabayevanın əlamətləri – boyu 160 sm, saçları qara və orta bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şamaxı Rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-491-21-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xəbər lenti