Ev sahibinin əl-qolunu bağlayıb 6 manatını apardılar
Şəmkirdə naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Polis Şöbəsinə rayonun Yuxarı Seyfəli kənd sakininin yaşdığı fərdi yaşayış evinə naməlum şəxslərin qeyri-qanuni yolla daxil olması, ev sahibinin əl-qolunun bağlaması, pul və qızıl-zinət əşyaları tələb etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Salman Mustafayev tanışları- Nizami Əhmədzadə, Rasim Süleymanov və qardaşı oğlu-Eynur Mustafayev ilə birlikdə əvvəlcədən planlaşdırdıqları plan üzrə 3 müxtəlif avtomobil ilə Seyfəli kəndinə gəliblər. Salman və Eynur Mustafayevlər evin kənarında gözətçilik edib, Nizami Əhmədzadə və Rasim Sülymanov evə qanunsuz daxil olaraq ev sahibinin əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayıb, sonuncuya müxtəlif xəsarətlər yetirərək pul və qızıl zinət əşyaları tələb etmiş, heç nə tapmadıqda isə ev sahibinin cibindəki 6 manat nağd pulu götürərək hadisə yerini tərk ediblər.
Bundan başqa quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Salman Mustafayev saxlanılan zaman onun yaşadığı fərdi yaşayış evindən 1 ədəd istifadəyə yararlı “TT” markalı tapança, həmin tapançaya məxsus 1 ədəd sandıqca və 9 ədəd atəşə yararlı patron aşkar edilərək götürülüb.
Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Daha çox