Bakıda ikimərtəbəli evdəki yanğın söndürüldü - Video+Yenilənib
Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində fərdi yaşayış evində yanğın başlayıb.
Sabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.
***
FHN-nin məlumatına görə, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində ikimərtəbəli yaşayış evində baş verən yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Daha çox