Antalyadan Bakıya uçacaq təyyarə geri qayıtdı

XƏBƏR
15:02
14 Avqust 2021
889

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Airbus A320” təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

Sabah.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək.

Xəbər lenti