Heroin satan keçmiş məhkumlar saxlanıldı

XƏBƏR
12:22
14 Avqust 2021
876

Gəncədə keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qurban Sadıqov saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Mahmudov saxlanılaraq Kəpəz RPİ-nə gətirilib.

Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman narkotik maddə olan heroin aşkar olunub.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti