Çində karantin boşanmaların sayını artırdı
Xəbər verdiyimiz kimi Çində koronavirus epidemiyasından sağalanların sayı artır. Buna baxmayaraq virus yeni problemlərə səbəb olub.
Sabah.az xəbər verir ki, Çində Covid-19 virusu evlərində karantində qalan on milyonlarla insanın evliliyinə mənfi təsir etməyə başlayıb.
Komendant saatının azalmasıyla karantində olan cütlüklərin rəsmi dairələrə boşanma barədə verdikləri ərizələrin sayı kəskin artıb.
Çin mətbuatının verdiyi məlumata görə, Sian əyalətinin vəkilləri say çoxluğundan yeni boşanma müraciətlərini martın 18-nə qədər ərtələyiblər. Onlara telefon və ya onlayn qeydiyyatdan keçmək tövsiyə olunub. Bu yolla cütlüklər, onlara təqdim olunan tarix və saatda müvafiq ofislərə yaxınlaşaraq 30-40 dəqiqə ərzində boşanma haqqında şəhadətnamə ala biləcəklər.
Qeyd edək ki, boşanma saylarının kəskin artması cütlüklərin uzun müddət evdə karantində qalmasıyla əlaqələndirilir.
Daha çox