Evinə 100 nəfərdən çox qonaq çağıran cərimələndi - Fotolar

ÖLKƏ
13:30
13 Avqust 2021
560

Balakəndə pandemiya dövrünün tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayonun İtitala kənd sakini Hacı Babayevə məxsus evin həyətində keçirilən toy mərasimində 100 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib.

Sanitar-karantin qaydalarını pozan toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Xəbər lenti