Sabah Milli Məclisdə 18 məsələ müzakirə olunacaq

ÖLKƏ
10:20
12 Mart 2020
30

Milli Məclisin martın 13-də keçiriləcək iclasının gündəliyi məlum olub.

Sabah.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Milli Məclisin mətbuat xidmətinin  rəhbəri Akif Təvəkküloğlu məlumat verib. 

O bildirib ki, gündəlikdə 18 məsələ müzakirə ediləcək.

Bunlar “İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) haqqında, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunlarında dəyişikliklər edilməsi ( ikinci oxunuş), Milli Məclisin komitələrinə üzvlərin seçilməsi, yaz sessiyasının qanunvericilik işləri planının müzakirə edilməsidir. O cümlədən, iclasda “Əmanətlərin tam sığortlanaması haqqında” qanun layihəsi də müzakirə ediləcək.

Bundan əlavə, iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlara mandatlarını təqdim edəcək.

Xəbər lenti