Toy dəvətnamənizdə vaksinlə bağlı qeyd yazmalısınız

ÖLKƏ
17:05
11 Avqust 2021
1175

Toy dəvətnamələri üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi qeyd olunmalıdır.

Sabah.az xəbər verir ki, bu barədə “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişlər”də qeyd olunub.

Bildirilir ki, vaksinin vacibliyi barədə xatırlatmanın qeyd edilməsi və ya qonaqlara müəyyən olunmuş tələblərə dair yaddaş vərəqələrinin göndərilməsi vacibdir.

Bundan başqa, şənliyə dəvət olunan şəxslər COVID-19 pasportunu e-Təbib mobil tətbiqi vasitəsilə yüklənmiş elektron və ya çap edilmiş nüsxəsini təqdim etməlidirlər.

Xəbər lenti