Sabaha olan hava proqnozu

ÖLKƏ
15:29
11 Avqust 2021
689

Azərbaycanda avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 25-28, gündüz 37-39, bəzi yerlərdə 40-41, Bakıda gecə 26-28, gündüz 38-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70, gündüz 35-40 faiz olacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26, gündüz 36-41, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.

Gözlənilən hava şəraiti haqqında məlumat da açıqlanıb. Avqustun 11-14-də ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40, bəzi yerlərdə 41-42, rayonlarında 35-40, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43 dərəcəyədək yüksələcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında davam edən isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

Xəbər lenti