Bakıda daha bir yanğın - Yenilənib

ÖLKƏ
16:11
11 Avqust 2021
1298

Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində ağaclıq ərazidə yanğın baş verib.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

***

Xətai rayonunda daha bir yanğın olub. Hadisə Aşıq Ələsgər küçəsi yaxınlığındakı açıq ərazidə baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, açıq ərazidə kol-kos yanır.

Xəbər lenti