Qəbələdə yanğın baş verib - Helikopter qaldırıldı

ÖLKƏ
11:02
11 Avqust 2021
1437

Bu gün səhər saatlarında Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Təqribən 4 ha sahədə quru ot və kol-kosun yandığı bildirilir.

Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Xəbər lenti