Ermənilər Kəlbəcəri atəşə tutub

ÖLKƏ
09:33
11 Avqust 2021
1273

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub.

Sabah.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, avqustun 11-i 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xəbər lenti