Gəncə sakinindən silah götürüldü

ÖLKƏ
12:23
10 Avqust 2021
667

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, Azər Həsənov şəhər ərazisində saxlanılaraq Polis İdarəsinə gətirilib.

Onun yaşadığı evə axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 5 ədəd atəşə yararlı 5.45 mm-lik patron və 1 ədəd daraq aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti