Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət

XƏBƏR
17:18
9 Avqust 2021
951

Azərbaycanda son stukada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 551 doza vaksin vurulub.

Sabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 271, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 240 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 418 min 754-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 160 min 755, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 257 min 999 nəfərdir.

Xəbər lenti