Yük maşını yandı, Bakı-Qazax yolu bağlandı - Foto

HADİSƏ
00:20
12 Mart 2020
95

Ucarda yük maşınının yanması yolun bağlanmasına səbəb olub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Bərdə rayon sakini, 1993-ci il təvəllüdlü Pərvin Famil oğlu Şərifovun idarə etdiyi "Mercedes" markalı qoşqulu yük maşını Bakı-Qazax yolunun Ucar rayonuna düşən ərazisində hərəkətdə olarkən qəfildən alışaraq yanıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 4 texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumata görə, yanan "Mercedes" markalı yük maşını Türkiyədən gəlirmiş və içərisində geyim əşyaları olub. Hadisə zamanı Bakı-Qazax yolu Bakı istiqamətində 40 dəqiqədən artıq bağlı qalıb.

Fakt araşdırılır.

Xəbər lenti