Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər tutuldu

XƏBƏR
09:48
9 Avqust 2021
1131

Hacıqabulda keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha beş nəfər saxlanılıb.

Sabah.az xəbər verir ki, verilən məlumata görə, araşdırma nəticəsində onların rayon sakinləri Süleyman Süleymanov, Rəşad Məmmədov, Əli Rüstəmov, Zülfüqar Zeynalov və Məhəmməd Babayev olduqları müəyyən edilib.

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti