Üzərində silah aşkarlanan keçmiş məhkum saxlanıldı

XƏBƏR
16:27
7 Avqust 2021
794

Gəncə şəhərində silahlı şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Məcnuni Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Makarov” tipli tapança, 1 ədəd həmin tapançaya aid sandıqca və 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti